RU

Turizm sənayesi, o cümlədən hotelçilik sənayesi COP29 tədbirinə tam hazırdır - Agentlik sədri

Bakı.Trend

Turizm sənayesi, o cümlədən hotelçilik sənayesi COP29 tədbirinətam hazırdır.

Trend xəbər verir ki, bunu Milli Ulduz Təsnifatından keçmişhotellərə ulduz dərəcələrinin verilməsi və Milli RezervasiyaPlatformasının təqdimatı tədbirində Dövlət Turizm Agentliyininsədri Fuad Nağıyev deyib.

O bildirib ki, Dövlət Turizm Agentliyi tərəfindən turizmdədayanıqlılıq məsələlərinə xüsusi diqqət ayrılır.

“Ötən ilin sonundan Dünya Səyahət və Turizm Şurasının rəsmidestinasiya tərəfdaşıyıq. Bu bizə həm də hotellər üçün nəzərdətutulan 12 əsas fəaliyyət istiqamətini əhatə edən “Hotellər üçünDayanıqlı Əsaslar” üzrə proqrama üzv olmaq imkanı verir. Bundanəlavə, bu il rəsmi olaraq Dövlət Turizm Agentliyi, həm də digər birtəşkilata - Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib vəmemorandum imzalanıb. Bununla da dayanıqlı turizmin inkişafınadəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartlarının millisəviyyəyə uyğunlaşdırılması, eləcə də ölkəmizdə bu sahədə mövcudbeynəlxalq meyarlarının tətbiqi nəzərdə tutulur.

Dayanıqlılıq məsələsinin hotellərin fəaliyyət istiqamətində özəksini tapması vacib istiqamətdir. Odur ki, sənayeni müasirçağırışlara cavab verməyə və bu istiqamətdə beynəlxalq təcrübənitətbiq etməyə dəvət edirik.

Əsas hədəf COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədətəşkil edilməsində hotelçilik sənayesinin rolunungücləndirilməsidir. COP29 çərçivəsində gələcək ziyarətçilərinmərkəzləşdirilmiş şəkildə yerləşdirilməsi üçün rəsmi vahid onlaynrezervasiya platforması üzrə hotellər və digər yerləşmə vasitələritəqdim olunub. Turizm sənayesi, o cümlədən hotelçilik sənayesitədbirə tam hazırdır.

Ümid edirik ki, iddia etdikləri ulduz dərəcəsini ala bilməyənhotellər də tezliklə ulduz təsnifatını uğurla başa vuran hotellərinsırasına qoşula biləcəklər. Ulduz təsnifatı regionlar üzrə də davamedəcək. Bir məqamı da qeyd etməliyəm. Hotelçilik sənayesi pandemiyadövründə də, Vətən müharibəsi dövründə də yüksək sosial məsuliyyətnümayiş etdirib, dövlətin çağırışlarına daim dəstək olub. İnanırıqki, COP29 tədbiri dövründə də dövlətimizin adını yüksək tutmaq üçünəlindən gələni əsirgəməyəcək”, - deyə o qeyd edib.

Избранный
78
az.trend.az

1Источники