RU

Finlandiya prezidenti Aİ-ni müharibə iqtisadiyyatına keçməyə çağırıb

Avropa İttifaqı ölkələri sursat və silah üçün dövlət sifarişlərini birləşdirərək “müharibə iqtisadiyyatına” keçməlidir.

525.az "Bloomberg istinadən xəbər verir ki, bunu Finlandiya prezidenti Aleksandr Stubb deyib. Onun fikrincə, bu cür hərəkətlər Avropa müdafiə sənayesini uzunmüddətli perspektivlə təmin edəcək.

Bundan əlavə, Finlandiya prezidenti əvvəllər vitse-prezident olduğu Avropa İnvestisiya Bankını hərbi sənayeni maliyyələşdirməyə daha “nikbin” başlamağa və bu məsələdə öz “qırmızı xətlərini” keçməyə çağırıb.

İyunun 1-də məşhur ABŞ sərmayəçisi Cim Rocers bəyan edib ki, Rusiya ilə münaqişədə Ukraynaya hərbi və maliyyə yardımı Avropa ölkələrinin iqtisadi inkişafını ləngidir və Avropa İttifaqının dağılmasına səbəb ola bilər.

Rocersin fikrincə, Aİ-nin problemləri quruma daxil olan ölkələrin Böyük Britaniyadan nümunə götürərək onu tərk etmək istəyinə səbəb ola bilər.

Pərvanə Sultanova























Bizi Facebookda izləyin

Избранный
37
50
525.az

10Источники