RU

"Sosial şəbəkələr xəbərləri izləmək üçün düzgün yer deyil"

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Pew” Araşdırma Mərkəzinin apardığı araşdırmaya görə, xəbər oxucuları yeni xəbərləri oxumaq üçün adətən sosial mediadan istifadə etmirlər.

Banco.az xəbər verir ki, Avstraliyadakı sosial media platformaları xəbər məzmunu üçün ödənişli üzvlük tələb etdiyi bir vaxtda aparılan yeni araşdırmalar göstərib ki, insanların çoxu xəbərlər üçün “X” platformasından başqa digər sosial şəbəkələrə baş çəkmir.

“Pew” Araşdırma Mərkəzi tərəfindən 2024-cü ilin mart ayında təxminən 10 min amerikalı arasında aparılan yeni sorğu bu araşdırmanın nəticələrini ortaya çıxarıb. Tədqiqat ABŞ-da aparılsa da, ümumən insanların müxtəlif sosial media saytları ilə ünsiyyət və istifadə tərzindəki oxşarlıqları göz ardı etmək olmaz.

Araşdırmaya görə, “X” istifadəçilərinin yarısı "platformada müntəzəm olaraq xəbərlərlə rastlaşdıqlarını" deyirsə, bunu “TikTok” istifadəçilərinin 40 faizi, “Facebook” istifadəçilərinin 37 faizi və “Instagram” istifadəçilərinin 30 faiz dilə gətirir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
1
banco.az

2Источники