RU

ABŞ və Türkiyədə “check-up” QİYMƏTLƏRİ - Fərq 9 min dollardır

Amerikalı sosial media fenomeni Brin Elizin Türkiyəyə gələrək müayinədən (“check-up”) keçməsi ABŞ-də gündəm olub.

 

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Brin Elizin “check-up” üçün Türkiyəyə səfər etməsinə səbəb buradakı qiymətlərin ABŞ ilə müqayisədə çox aşağı olmasıdır.

 

İki ölkə arasında “check-up” qiymətlərinin müqayisəsini aparan Eliz deyib ki, ABŞ-də ən azı 10 min dollara olan müayinəni Türkiyədə 810 dollara etdirmək mümkündür. Eliz xatırladıb ki, ABŞ və Türkiyə arasında saç kəsdirmə qiymətləri də kəskin fərqlənir. Buna görə də o, bir müddət əvvəl saç kəsimi xidmətindən istifadə etmək üçün Türkiyəyə gəlmişdi. Özəl xəstəxanada müayinədən keçən qadın bunları deyib:

 

“Həyatımın ən əhatəli müayinəsindən keçmək üçün Türkiyəyə uçdum. ABŞ-də “check-up” üçün aylarla növbə gözləməli və on minlərlə dollar xərcləməli olardım".

 

Boyun ölçülməsi, qan analizi, EKQ, rentgen və qalxanabənzər vəzin ultrasəs müayinəsi kimi yoxlamaların aparıldığını deyən gənc qadın xəstəxana rəhbərliyinin ona restoranda yemək təklif etdiyini də bildirib. Daxili xəstəliklərə görə həkimlər tərəfindən də müayinə edilən Eliz 30-a yaxın analizdən keçdiyini bildirib.

 

Gənc qadının bu paylaşımı ABŞ-də səs-küyə səbəb olub. Bir istifadəçi "bu, əsl yoxlamadır, ABŞ-də olsaydı, saxtalaşdırıb təzyiqini ölçüb evə göndərərdilər", - deyib.

 

Vasif

 

 

Избранный
56
2
sfera.az

3Источники