RU

9 metrlik piton qadını udub

İndoneziyanın Cənubi Sulavesi əyalətində 9 metr uzunluğunda pitonun qadını udduğu bildirilib.
Elchi.az xəbər verir ki, “The Sun” qəzetinin məlumatına görə, Cənubi Sulavesi əyalətinin Siteba kəndində yaşayan 36 yaşlı Siriati dünən səhər saatlarında xəstə övladına dərman almaq üçün evindən çıxıb.
Siriati evə qayıtmayanda polis qadını tapmaq üçün araşdırmalara başlayıb.
Siriatinin əri Adiansa evdən 500 metr aralıda arvadının başmaq və şalvarını tapıb.
Polis əməkdaşları başmaqların tapıldığı ərazidən 10 metr aralıda 9 metrlik piton olduğunu görüblər. Pitonun bədəninin çox şişdiyini görən səlahiyyətlilər, vəhşi heyvanın Siriatini udduğundan şübhələniblər.
Kənd sakinlərinin köməyi ilə Siriatinin cansız bədəni öldürülmüş pitonun qarnından çıxarılıb.
Siriati son 24 gündə piton tərəfindən udularaq ölən ikinci qadın olub.
İyunun 9-da Cənubi Sulavesi əyalətinin Kalempanq kəndində 5 metrlik pitondan 45 yaşlı qadının cəsədi çıxarılıb.Şayəstə Hüseynova

Избранный
42
4
elchi.az

5Источники