RU

Adambaşına düşən gəlir kimdə necədir? - SİYAHI

Dünya Bankı ötən ili əhatə edən ölkə gəlirləri sorğusunun nəticələrini açıqlayıb.  

"Cebhe.info" xəbər verir ki, 1 iyul 2023-cü il - 30 iyun 2024-cü il tarixlərini əhatə edən araşdırmada Rusiya bu dəfə "ev başına gəliri yüksək olan ölkələr" kateqoriyasına daxil edilib.  Dünya Bankının hesablamalarına görə, Rusiyada adambaşına düşən gəlir 14 min 250 dollar, yəni 1,2 milyon rubl təşkil edir.

Ötən il açıqlanan məlumatlarda Rusiya "yuxarı orta gəlir qrupu"nda idi.  Hesabatı yayan “Kommersant” qəzetinin yazdığına görə, Dünya Bankının analitikləri Rusiyanın birinci qrupa yüksəlməsini “müdafiə xərclərinin artması, eləcə də ticarət, maliyyə və tikinti sektorlarında canlanma” ilə əlaqələndirirlər.

 Qəzet xatırladıb ki, "Rosstat"ın rəsmi statistikasına görə, adambaşına düşən aylıq gəlir 53 min 100 rubl (illik 637 min rubl) təşkil edir.

Araşdırmaya görə, adambaşına düşən illik gəlir Türkiyədə 11 min 650 dollar, Ukraynada isə 5 min 70 dollardır.  İlk onluqda Bermud, Lixtenşteyn, Norveç, İsveçrə, Lüksemburq, İrlandiya, ABŞ, İslandiya, Men adası və Farer adaları yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
cebheinfo.az

1Источники