RU

Almaniyada magistral patrul vəzifəsində çalışan polis aşmış maşından 180 kiloqram pendir oğurlayıb

Reynland-Pfalts Ali İnzibati Məhkəməsi dünən magistral patrul vəzifəsində çalışan polis məmurunun şikayətini rədd edib və işdən çıxarılma qərarını təsdiqləyib. Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, məhkəmədən verilən açıqlamada, məmur qəza yerinin təhlükəsizliyini təmin etmək üçün təyin edilib. "O, zədələnmiş yük maşınına polis furqonu ilə yaxınlaşıb, onun sürüşən yan qapısını açdıb və orada işləyən daşıyıcı şirkətin əməkdaşından ona soyuducu konteynerdən zədələnməmiş bir neçə pendir paketi verməsini tələb edib", - deyə məhkəmə araşdırmasının nəticələri ilə bağlı rəydə qeyd edilib. Polis əməkdaşının hər biri 20 kiloqram olan 9 bağlama pendir oğurladığı iddia edilib. Sözügedən polis əməkdaşı qəzadan sonra yük maşınının soyutma sistemi xarab olduğundan pendirin demək olar ki, heç bir dəyəri olmadığını və onu “zibil” olmaqdan xilas etmək istədiyini bildirib. Polis məmurunun pendir paketlərinin bir hissəsini polis idarəsinə apardığı, bir qismini isə özü, dostları və yaxınları üçün saxladığı iddia edilib. İşdən çıxarılan polis əməkdaşı ümumiyyətlə pendir yemədiyini də bildirib. Reynland-Pfalts Ali İnzibati Məhkəməsinin hakimi polis məmurunun xidməti vəzifəsini yerinə yetirərkən, geyim forması və xidməti silahı ilə oğurluq etdiyini bildirərək, məmurun “bu davranışı ilə ölkə polisinin nüfuzuna ciddi zərbə vurduğunu” bildirib. Məhkəmə qərarında pendirin dəyərinin nisbətən aşağı olmasının əhəmiyyət kəsb etmədiyi və hadisə yerində oğurluğun qarşısının alınmasının polis əməkdaşının vəzifəsi olduğu bildirilib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
bizimyol.info

1Источники