RU

Zorakılığa məruz qalan qadınlardan bir gündə iki müraciət

Füzuli rayonunun Zobucuq qəsəbəsindən 21 yaşlı hamilə gənc xanım psixoloji və iqtisadi zorakılığa məruz qalıb. 

"Cebhe.info" xəbər verir ki, bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. Onun sözlərinə görə, fiziki zorakılıqla bağlı Göygöl rayonundan olan 29 yaşlı xanım da onlara müraciət edib. 

Məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən edilən müdaxilə nəticəsində Göygöl rayonundan edilən müraciətçi ilə görüşülüb. 

Xanım məsələyə dərhal edilən müdaxiləyə görə təşəkkür edib, əri ilə barışdığını qeyd edib. Füzuli rayon üzrə isə komitə İcra Hakimiyyətini məsələyə cəlb edib. Hazırda iş gedir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
cebheinfo.az

1Источники