RU

Devlet Bahçelidən Merih Demirala dəstək gəldi, UEFA-nı qınadı

UEFA-nın Merih Demiralla bağlı araşdırmalara başlaması siyasi məcrada da reaksiyalara gətirib çıxarıb. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli UEFA-nın bu addımını təxribat adlandırıb.

\"Merihin \"bozqurd\" işarəsi türk millətinin dünyaya mesajıdır və UEFA-nın bu kontekstdə araşdırmaya başlaması həm məqsədyönlüdür, həm də son günlər təhlükəli zəmin qazanan zəncirvari təxribatların davamıdır. UEFA-nın bu addımını qınamaqla yanaşı millətimizi də soyuqqanlı olmağa və belə təxribatlara uymamağa çağırıram. Hər imkanda önümüzü kəsənlərə, huzur və sülh ortamımızı pozmaq istəyənlərə fürsət verməməliyik\" - deyə Bahçeli bildirib.

Qeyd edək ki, Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə Avstriyanı 2:1 hesabı ilə məğlub edib. Həmin oyunda dubl edən Merih Demiral qol sevincini \"Bozqurd\" işarəsi ilə qeyd edib. Nəticədə, UEFA futbolçuya bu hərəkətinə görə araşdıma başladıb. 
 
Məryəm
Избранный
102
50
azxeber.com

10Источники