RU

“Şamaxı” Qəbələdə “Kəpəz”lə qarşılaşacaq - RƏSMİ AÇIQLAMA

Qısa fasilədən sonra elitaya qayıdan “Şamaxı” qarşıdakı mövsüm üçün hazırlığı intensivləşdirib.

“Şirlər” bir sıra transferlər edib, heyətlərini daha da gecləndirməklə yanaşı, klubun pinsiplərinə zidd olan legioner futbolçu qadağasını da götürüb. Belə ki, bölgə təmsilçisi artıq üç əcnəbi futbolçuyla razılıq əldə edib. Klub rəhbərliyi iyulun 1-də toplanışına start verəcəyini elan etmişdi. Görəsən, “şirlər” növbəti mövsümün hazırlıqlarına başlayıbmı? Həmçinin futbolçuların hamısının düşərgədə olub-olmadığını, yoxlama oyunları ilə bağlı planları öyrənməyə çalışdıq. Bunun üçün klubun mətbuat katibi Yusif Hüseynlə əlaqə saxladıq:

“Bəli, məşqlər başlayıb. Bütün futbolçular düşərgədədi. Sadəcə, yeni transferimiz Georgi Kantariya icazəli olduğu üçün komandanın yay hazırlıq prosesinə bir qədər gec qoşulacaq. Onun komandanın düşərgəsinə gec qoşulmasının səbəbi Livanda çempionatın gec başa çatmasıdı. Təlim-məşq toplanışımızın yekunlaşma tarixinə gəlincə, bilindiyi kimi, avqustun 2-də çempionat start götürür, hazırlıq proqramı da bir ay üçün tərtib olunub. Hazırlıq prosesi zamanı dörd yoxlama matçı nəzərdə tutulub. Bir rəqibimizin kimliyinə artıq aydınlıq gəlib. İlk yoldaşlıq matçını iyulun 14-də Qəbələ şəhər stadionunda “Kəpəz”ə qarşı keçirəcəyik. Qalan üç rəqibimiz hələ dəqiqləşmədiyinə görə konkret bir söz deyə bilməyəcəm”.

KAMAL SƏFƏR
Избранный
56
45
football-plus.az

10Источники