RU

İTV-nin gündəm olan aparıcısı finalı Berlində şərh edəcək

Avstriya - Türkiyə oyununu şərh edən və şərh ilə sosial şəbəkələrdə böyük rəğbət qazanan Tural Dadaşov AVRO-2024-ün final matçını Almaniyanın paytaxtı Berlində stadiondan şərh edəcək.

AzxeberSport xəbər verir ki, bu haqda İTV-nin İdman Departamentinin rəhbəri Kənan HƏkimov məlumat verib.

"Tural Dadaşov Berlində yerləşən, almanların futbol məbədi saydığı Olimpiya stadionunda keçiriləcək final oyununu birbaşa şərhçi kabinəsindən şərh edəcək

Mən və Elnur Əli isə oyunun başlamasına dəqiqələr qalmış meydanın kənarından (pitch side) dünyanın aparıcı telekanalları ilə bir sırada dayanaraq oyun öncəsi ən son məlumatları çatdıracağıq".

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
2
azxebersport.az

3Источники