RU

ADPU-da “SABAH” qruplarında tədrisin təkmilləşdirilməsi ilə bağlı təlimlər keçirilir

Bakı, 3 iyul, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində tədris planlarının təkmilləşdirilməsi məqsədilə Türkiyənin Çankaya Universitetinin professoru Buket Ağqoyunlu və Hacettepe Universitetinin dosenti Saleh Bardaqçı tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ekspert qrupu üçün təlimlər keçirilir.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, iyulun 5-dək davam edəcək təlimlərin məqsədi ali təhsil kurikulumlarının hazırlanmasında yeni yanaşmalara, fənlərin və kreditlərin müəyyənləşdirilməsi prinsipləri, təlim nəticəsi - fənn - təlim metodları - qiymətləndirmə strategiyası əlaqələrinin əhəmiyyətinə diqqət çəkmək və ekspertlərin bu mövzularda praktiki bacarıqlarını inkişaf etdirməkdir.

Избранный
76
1
azertag.az

2Источники