RU

Taleh Əliyev: “Gələcəkdə Türk Dövlətləri Təşkilatının da rəqibləri formalaşacaq”

6 iyulda Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək artıq ənənə halını almış növbəti qeyri-rəsmi sammiti heç bir qlobal gücə qarşı yönəlməyib.

Bu sözləri Herbiand.az-a politoloq Taleh Əliyev bildirib. O, həmçinin qeyd edib ki, bu təşkilat türk xalqlarının mədəni əməkdaşlığından artıq yeni bir müstəviyə- iqtisadi ,strateji əməkdaşlığa və dövlətlərin yeni bir beynəlxalq aktora çevrilən ortaq bir təşkilata çevrilməkdədir:

“Hesab etmirəm ki, bu gün Türk Dövlətləri Təşkilatının əməkdaşlığı üçüncü bir dövlətə və ya dövlətlər birliyinə yönəlikdir. Bu, daha çox ölkələrin suveren hüquqlarından istifadə edərək qarşılıqlı formada əməkdaşlığın genişləndirilməsidir. Bu gün Türk Dövlətləri Təşkilatı tərəfindən belə bir alt niyyət yoxdur. Sadəcə, bu dövlətlərin getdikcə gərginləşən müasir beynəlxalq münasibətlər sistemində bir birinin həmrəylik və qarşılıqlı əməkdaşlıq müstəvisində atdıqları addımdır. Şübhəsiz ki, bəzi region dövlətləri var ki, Türk Dövlətləri Təşkilatının mövcudluğundan artıq  narahatdırlar. Bu da onu göstərir ki, çox da uzaq olmayan gələcəkdə Türk Dövlətləri Təşkilatının da rəqibləri formalaşacaq. Lakin bu seçimi Türk Dövlətləri Təşkilatı deyil, məhz onların birliyindən narahat olan regional güclər və beynəlxalq güclər müəyyən edəcək. Bundan sonra da Türk Dövlətləri Təşkilatı həmin güclərə qarşı özünün adekvat münasibətini müəyyənləşdirəcək”.

Emin ŞİRVANZADƏ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
herbiand.az

1Источники