Almaniya kansleri Olaf Şolts Fransada keçirilən parlament seçkilərinin birinci turunda məğlub olan Fransa prezidenti Emmanuel Makrona hər gün SMS göndərir.
“İki sahil” xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
"Biz həqiqətən depressiv bir vəziyyəti müzakirə edirik"- deyə, Şolts bildirib.
Xatırladaq ki, Fransada növbədənkənar parlament seçkilərinin birinci turunda Marin Le Penin Milli Birlik Partiyası qalib gəlib.