RU

Üç ölkənin prezidenti bir arada: Onlar nəyi müzakirə EDƏCƏK? – Zəngəzur dəhlizi ilə bağlı...


İyulun 3-də Astanada Putinin Azərbaycan prezidenti İlham Əliyevlə və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqları planlaşdırılıb.

Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçiriləcək sammitində bir sıra başqa ölkələrinin liderləri ilə ikitərəfli danışıqlar planlaşdırır.

Bu barədə məlumatı Putinin köməkçisi Yuri Uşakov verib.

Uşakovun sözlərinə görə, Moskva Astana sammitinə orada iştirak edəcək liderlərlə ikitərəfli təmaslar imkanı kimi baxır.

Uşakov əlavə edib ki, söhbət bir sıra “son dərəcə mühüm ikitərəfli kontaktlardan” gedir.

Xəbərdə deyilir ki, iyulun 3-də protokol tədbirlərindən əvvəl Putinin Azərbaycan prezidenti İlham Əliyevlə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla və Monqolustan prezidenti Uxnaagiyn Xürelsüxlə, habelə Çin Xalq Respublikasının sədri Si Tsinpinlə və Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqları planlaşdırılıb.

Uşakov deyib ki, iyulun 4-də Putinin habelə İran prezidentinin əvəzi Məhəmməd Moxbirlə görüşü ola bilər.

Ümumiyyətlə isə Şanxay Əməkdaşlıq Təşkilatının işində Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Türkmənistanın nümayəndələri, eləcə də BMT-nin baş katibi Antonio Quterriş, MDB-nin və KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) baş katibləri Sergey Lebedev və İmanqali Tasmaqambetov iştirak edəcəklər.
 

Politoloq Natiq Miri görüşdə nələrin müzakirə ediləcəyi barədə fikirlərini Referans.az-la bölüşüb:

“Görüşdə ortaq maraqlar mövcuddur. Həm Azərbaycan, həm də Türkiyənin marağı əhatə dairəsindədir. Söhbət regionda nəqliyyat- kommunikasiya sisteminin, Zəngəzur daxil açılmasından gedəcək. Həmçinin, hesab edirəm ki, Cənubi Qafqazla bağlı məsələlər də müzakirə olunacaq. Təbii ki, bu məsələlərin içərisində təhlükəsizlik məsələləri öndə olacaq”.

Müsahib deyir ki,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə müzakirə edəcəyi ayrıca məsələlər də var. Bu gün Türkiyə ətrafında oyunlar oynanılır və Türkiyənin təhlükəsizliyi təhdid edilir: “Suriyanın şimalında kürd dövlətinin yaradılması məsələsi də yenidən aktivləşdirilib. Bu planlar Türkiyə ilə bərabər Rusiyanı da maraqlandırır. Rəcəb Tayyib Ərdoğan bu görüşdə Ukrayna- Rusiya müharibəsinin dayandırılması və sülhün mümkünlüyü haqda da danışacaq. Türkiyə Rusiya və Ukrayna arasında müharibənin bitirilməsi üçün bəlkə də ən real vasitəçi dövlətdir. Bu məsələ ciddi müzakirə predmeti olacaq. Hər bir halda, hər üç dövlət arasında enerjidən tutmuş təhlükəsizlik, iqtisadi məsələlər müzakirə predmeti olacaq”.

Politoloqun fikrincə, Ukraynanın ABŞ və Rusiya arasında bölüşdürülməsi xəbəri şişirdilmiş məsələdir. Çünki Ukrayna rahatlıqla bölüşdürüləcək və hər kəsin razı olacağı mövzu deyil. Çünki bu Qərbin  tühlükəsizliyi məsələsidir. Trampın hakimiyyətə gəlməsi və Ukraynanı qurban verməsi ilə bağlı yanaşmalar qlobal müzakirə deyil. Nəhayət, ABŞ Tramp kimi adamı olan siyasətçilərdən ibarət deyil. Orada dərin dövlət şüuru və təhlükəsizliyi var.

Natiq Miri qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putinin haqqında həbs olunmaqla bağlı Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun sanksyası var. Ona görə də Putin beynəlxalq səviyyəli görüşlərdə iştirak edir ki, ən azından özünün izolədə olmadığı, daha çox dövlətlərdə əməkdaşlıq etdiyi görüntüsünü yaratsın: “Əlavə olaraq, Rusiyanın bu gün iqtisadi sanksyalar fonunda özünün bəzi ehtiyaclarını təmin etməsi üçün bir çox ölkələrlə əməkdaşlığa ehtiyacı var. Yoxsa, Rusiya güclü oldğuçün belə görüşlər keçirmir”.

Şəlalə Babayeva  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
referans.az

1Источники