RU

Aleksey Overçuk: Rusiya əvvəlki kimi Ermənistanı müttəfiq hesab edir

Rusiya əvvəlki kimi Ermənistanı müttəfiqi hesab edir.

APA Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O deyib ki, iki ölkə arasında iqtisadi münasibətlər inkişaf etməkdə davam edir. A. Overçuk həmçinin Ermənistanın Avrasiya İqtisadi İttifaqının fəaliyyətinə töhfəsini konstruktiv adlandırıb.

Rusiyanın hökumət rəsmisinin sözlərinə görə, 2023-cü il ərzində ittifaqa üzv dövlətlər arasında ticarət dövriyəsi 40 faizi ötüb.

Избранный
110
4
apa.az

5Источники