RU

Xamneyidən İrandakı seçkilərlə bağlı SƏRT REAKSİYA: Göstəricilər aşağıdır

İranın ali dini lideri Ayətullah Xamneyi prezident seçkilərinin birinci turu ilə bağlı açıqlama verib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi Tasnim-ə danışan Xamenei ilk turda səsvermə nisbətinin 40 faiz nisbətində olduğuna diqqət çəkərək bu göstəricilərin aşağı olduğunu bildirib. 

\"Ümid edirik ki, xalqın ikinci turda iştirakı İslam Respublikası üçün mühüm və qürur mənbəyi olacaq\" - deyə Xamneyi qeyd edib.
 
Xamenei əlavə edib ki, səsvermənin gözləniləndən aşağı olması müxtəlif amillərlə bağlıdır və səs verməyənlərin İranın əleyhinə olması ilə bağlı iddialar tamamilə yalandır.

Qeyd edək ki, İranda iyulun 5-də prezident seçkilərinin ikinci turu keçiriləcək.
 
Səsvermədə ilk seçkidə dörd namizədlə yeganə mötədil namizəd olan deputat Məsud Pezeşkiyan ilə İnqilab Keşikçiləri Qvardiyasının keçmiş üzvü Səid Celili arasında qızğın mübarizə gedəcək.
 
Mikayıl
Избранный
54
azxeber.com

1Источники