RU

"Torino"nun futbolçusu Rusiya klubu ilə razılığa gəlib

İtaliyanın "Torino" klubunun yarımmüdafiəçisi İvan İliç "Zenit"lə razılığa gəlib.

"Report" "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, transferin məbləği 25 milyon avro olacaq ki, bunun 3 milyon avrosunu Rusiya klubu futbolçuya bonus kimi ödəyəcək.

"Torino" klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq İ.İliçin dəyərini "Transfermarkt" portalı 18 milyon avro qiymətləndirir. 23 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında 16,5 milyon avroya "Verona" klubundan "Torino"ya keçib.

Qeyd edək ki, yarımmüdafiəçi 2023/2024 mövsümündə meydana çıxdığı 36 matçda 4 qola, 3 məhsuldar ötürməyə imza atıb. Serbiya millisinin üzvü Almaniyada təşkil olunan Avropa çempionatında 3 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
cebheinfo.az

1Источники