RU

Azərbaycanda qadın sevgilisi ilə birlikdə 4 uşağını KÜÇƏYƏ ATDI

Azərbaycanda qadın sevgilisi ilə birlikdə 4 uşağını KÜÇƏYƏ ATDI

Azərbaycanda qadın sevgilisi ilə birlikdə 4 uşağını küçəyə atıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. O, bildirib ki, uşaqlar 3 gün öncə 23 cü polis bölməsi tərəfindən aşkarlanıb:

"1 gün tibbi müayinə məqsədi ilə Qarayev xəstəxanasına yerləşdirilib. Onlar Sosial Xidmətlər Agentliyi tərəfindən Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Uşaqların təxminən 14,5,və 4yaşdır. Ən kiçiyi 5-6 aylıq olar. Böyük qız bildirir ki, anası sevgilisi ilə onları parkda qoyubvə deyib ki, kirayə ev tapmağa gedir. O gedən gedib...Polis əməkdaşları aşkarlayıb və uşaqları bölməyə aparıb...

Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşayıb. Anasının adı Günay,nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur. Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
1
sonxeber.az

2Источники