RU

Dias üçün iki müştəri

“Real”ın yarımmüdafiəçisi Brahim Dias iki klubun maraq dairəsindədir. Mərakeş yığmasının üzvü ilə “Roma” və “Tottenhem” maraqlanır.

Futbolinfo.az xəbər verir ki, futbolçu Madridi tərk etmək istəmir. Baş məşqçi Karlo Ançelotti də onun getməsində maraqlı deyil. Amma müştəri klublar israrla onunla bağlı təklif göndərir.

24 yaşlı futbolçunun “Real”la 2027-ci ilin yayınadək müqaviləsi var. Madridlilər onu 2019-cu ildə “Mançester Siti”dən 17 milyon avroya alıb. Brahim 2020-23-cü illərdə “Milan”da icarədə olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
futbolinfo.az

1Источники