RU

Şəhərin mərkəzində gecə saatlarında tikinti aparılmasının səbəbi nədir? - AÇIQLAMA

Şəhərin mərkəzində gecə saatlarında tikinti aparılmasının səbəbi nədir? - AÇIQLAMA

Bakının Nəsimi rayonunda Kövkəb Səfərəliyeva, 23 ünvanında aparılan tikinti işləri ərazidə yaşayan sakinlərin yuxularına haram qatıb.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, gecə saatları olmasına baxmayaraq, ərazidə tikinti işləri davam etdirilir. İşləyən texnikanın səs-küyündən nə dincəlmək, nə də yatmaq mümkündür.

Şikayətlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq.

Nazirliyin Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Lumu İsrəfilli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, şəhərin mərkəzi hissəsində yerləşən həmin tikinti ərazisində iritonnajlı texnikanın müəyyən saatlarda işləməsi təsdiq olunmuş normativlərə uyğun təşkil edilir.

"Hazırda tikinti sahəsində işlər yekunlaşmaq üzrədir. Polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb", - deyə L.İsrəfilli qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına və eləcə də, həmin qərarın icrası ilə əlaqədar yol hərəkəti təhlükəsizliyi komissiyasının 1 saylı protokoluna uyğun olaraq, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan çox olan avtomobillərin hərəkəti Bakı şəhəri üzrə mövsümə əsasən müəyyən edilib.

Belə ki, 1 may-1 oktyabr aralığında səhər saat 7:30-dan axşam saat 21:00-a kimi, 1 oktyabr-1 may aralığında isə səhər saat 7:30-dan axşam saat 20:00-a kimi yük avtomobillərinin paytaxta daxil olması qadağandır.

Избранный
72
5
sonxeber.az

5Источники