Bakı. Trend:
Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit və yağmurluhava şəraitindən sonra ölkə ərazisinin bəzi yerlərindəekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidəolunur.
Bunu Trend-ə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətininsədri Əli Əliyev bildirib.
“Yağan yağışlardan sonra şimal bölgəsində, Xınalıq kəndindən 2km şimal-şərqdə, İsmayıllı rayonunun Qoydan kəndində vəBakı-Şamaxı-Yevlax yolunun Qobustan rayonu hissəsindən keçən 75-cikm-də sürüşmə və çökmə prosesləri qeydə alınıb. Hazırda Agentliyinəməkdaşları tərəfindən sözügedən ərazilərdə araşdırma vəmonitorinqlər davam etdirilir”, - deyə o qeyd edib.