RU

Dünya bazarlarında neft tədricən ucuzlaşacaq - PROQNOZ

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) "Brent" markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.

Bu barədə "APA-Economics" "ING Group"un iyul ayı üzrə proqnozuna istinadən xəbər verir.

"ING Group"in proqnozuna əsasən, 2024-cü il üzrə "Brent" markalı neftin orta qiyməti 85 dollara (proqnoz dəyişməyib), 2025-ci ildə isə 80 dollar (proqnoz dəyişməyib) təşkil edəcək.

Bundan başqa "ING Group" “Brent”in 2026-cı ildə qiymətinin 75 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır.

Qeyd edək ki, "ING Group" hesablamalarına əsasən 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82 dollar təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
apa.az

1Источники