RU

İsrail əsgərləri İordan çayının qərb sahilində azı 20 fələstinlini həbs edib

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilində son 24 saatda ən azı 20 daha fələstinlini nəzarətə alması ilə 7 oktyabr 2023-cü ildən bu yana nəzarətə alınan fələstinlilərin sayı 9510-a yüksəlib.
Elchi.az xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Heyət tərəfindən verilən ortaq açıqlamada İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.
İsrail ordusunun son 24 saat ərzində İordan çayının qərb sahilindəki Hebron, Cenin, Qalkilya, Nablus, Ramallah, Yerixo və Qüds şəhərlərində ən azı 20 fələstinlini nəzarətə götürdüyü bildirilib.
Oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahilində nəzarətə alınan fələstinlilərin sayının 9 min 510-a yüksəldiyi bildirilib.
İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.
7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumlarında 136-sı uşaq olmaqla 560 fələstinli həyatını itirib, təxminən 5300 fələstinli isə yaralanıb.Nuranə Məmmədova 

Избранный
143
1
elchi.az

8Источники