Olaylar xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Rusiya və Türkiyə arasında həll edilməmiş məsələlər qalır, lakin onları tənzimləmək üçün siyasi iradə var", - o deyib.
Onun sözlərinə görə, Putin və Ərdoğan iyulun 3-də Astanada yəqin ki, Ukraynadakı vəziyyəti, o cümlədən Suriyadakı müzakirə edəcəklər.
"İkitərəfli görüş yetərincə uzun çəkəcək - minimum 1 saat davam edəcək. Əlbəttə ki, burada qarşılıqlı maraq kəsb edən bütün məsələlərdən söhbət gedir. Bu, ilk növbədə ikitərəfli münasibətlərdir. Lakin çətin ki prezidentlər Suriya, Ukrayna məsələlərindən yan ötsünlər", - Kreml nümayəndəsi deyib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31