Avro-2024-ün 1/8 finalında ötən gecə Avstriya ilə oyunda dubl edən Türkiyə millisinin üzvü Merih Demiral UEFA tərfindən cəzalandırıla bilər.

Offsideplus.az xəbər verir ki, buna səbəb müdafiəçinin qol sevincini türklüyün rəmzi hesab edilən  "bozqurd" işarəsi ilə qeyd etməsidir. UEFA məsələ ilə bağı araşdırmaya başlanıldığını açıqlayıb.

Merihin bu hərəkəti UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilib.