RU

ING 2024-cü il üzrə Azərbaycan üçün inflyasiya proqnozunu endirib

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) 2024-cü il üzrə Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, "ING Group"u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 1,6%-dən 1,1%-ə endirib.

Bu isə korporasiyanın may proqnozu ilə müqayisədə 0,5% bəndi azdır. ING 2025-ci ildə inflyasiya proqnozunu 3,8 %, 2026-cı il üzrə isə 4,2% səviyyəsində saxlayıb.

Proqnozlara əsasən, 2024-cü ilin üçüncü rübündə Azərbaycanda orta illik inflyasiya 1,2 %, dördüncü rübündə 2,5% səviyyəsində gözlənilir.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi 2024-cü ildə ölkədə illik inflyasiyanın 5,3 %, 2025-ci ildə 4,9 % olacağını proqnozlaşdırıb. Dövlət Statistika Komitəsi isə bu ilin yanvar-may ayları üzrə inflyasiyanın 0,6% olduğunu açıqlayıb.

Избранный
54
1
apa.az

2Источники