“Biz ABŞ ilə birgə Atom Elektrik Stansiyasının inşası məsələsində olduqca vacib mərhələyə daxil olmuşuq”.
KONKRET.az-ın istinadən xəbərinə görə, bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
O deyib ki, hazırda tərəflər müvafiq hüquqi bazanın hazırlanması ətrafında müzakirələr aparır.
Qriqoryanın sözlərinə görə, indiki mərhələdə son sözü rəsmi Vaşinqton söyləməlidir. (Apa)