RU

UEFA “bozqurd” işarəsinə görə Merihi cəzalandıra bilər

style='margin-bottom:10px;'>

Avro-2024-ün 1/8 finalında ötən gecə Avstriya ilə oyunda dubl edən Türkiyə millisinin üzvü Merih Demiral UEFA tərfindən cəzalandırıla bilər.

QOL.az xəbər verir ki, buna səbəb müdaiəçinin qol sevincini "bozqurd" işarəsi ilə qeyd etməsidir. UEFA məsələ ilə bağı araşdırmaya başlanıldığını açıqlayaıb. Merihin hərəkəti UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilib.

Merih Demrial isə oyundan sonra qol sevinci barədə bunları deyib: "Türk olduğum üçün çox xoşbəxtəm. Çox qürur duyuram. Qoldan sonra bunu iliklərimə qədər hiss edirəm. Ona görə belə bir şey hiss etmək istədim. Azarkeşlərimiz bizimlə qürur duyur. Tribunada "bozqurd" işarəsi göstərənləri görmüşdüm. Mən də bundan həvəsləndim".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
50
teleqraf.com

10Источники