RU

"Arsenal"ın yetirməsi Sumqayıta gəlir

"Sumqayıt"ın Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Fehervar" heyətini gücləndirib.

Prosport.Az xəbər verir ki, komanda “Çarlton”un yarımmüdafiəçisi Corc Dobsonu transfer edib.

26 yaşlı ingiltərəli orta sahə oyunçusu yeni komandasına azad agent kimi keçib. Çünki onun “Çarlton”la müqavilə müddəti iki gün əvvəl başa çatıb. Bir neçə klubdan təklif alan London "Arsenal"ının yetirməsi sonda "Fehervar"a keçməyə razılıq verib.

Qeyd edək ki, "Sumqayıt" "Fehervar"a qarşı ilk oyununu iyulun 25-də evdə, cavab matçını isə həmin ayın 31-də Macarıstanda keçirəcək.

Избранный
28
1
prosport.az

2Источники