RU

Donald Trampın NATO-ya qarşı çevriliş planı: Ukrayna və Gürcüstanı taleyin ümidinə buraxacaq

“Politico” Trampın yaxın çevrəsinin adını açıqlamayan rəsmilərə istinadən iddia edib ki, Donald Tramp Ukrayna və Gürcüstan kimi ölkələrin NATO-ya üzv olmasının qarşısını almaq üçün Rusiya ilə razılaşma əldə etməyi düşünür.

Turkustan.az xəbər verir ki, Tramp seçilərsə, ABŞ-ın Ukrayna və NATO ilə bağlı öhdəliklərini dəyişməyi planlaşdırır.

Tramp prezident olarsa, Rusiyanın Ukraynaya müdaxiləsi ilə davam edən müharibəni 24 saat ərzində bitirəcəyinə söz verib, lakin bunu necə etməyi planlaşdırdığını açıq şəkildə açıqlamayıb.

Politico-da yer alan xəbərə görə, iki yüksək səviyyəli müşavir Trampa Rusiya ilə sülh danışıqlarına getməyəcəyi təqdirdə Ukraynaya hərbi yardımı kəsmək planını təklif edib.

Mənbələrdən biri Politico-ya bildirib ki, Tramp NATO-nun genişlənməsinə mane olan və Ukraynanı 1991-ci il sərhədlərinə qaytarmayan plana açıqdır.

Trampın planları bununla bitmir. Əvvəlki mətbuatda yayılan məlumatlara görə, Donald Tramp iki qatlı NATO sistemi yaratmaq istəyir. Müvafiq olaraq, ABŞ ÜDM-in 2 faizlik xərc həddi kriteriyasına uyğun gəlməyən NATO ölkələrində müdafiə və təhlükəsizlik zəmanəti verməyəcək.

Bu təklif NATO-nun 5-ci maddəsini pozur. 5-ci maddə bütün üzvlərin hücuma məruz qalan üzvün köməyinə gəlməsini tələb edir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
turkustan.az

1Источники