RU

“Bilmirik, baxarıq...” - Kiyev Trampın “sülh planı”na münasibət bildirdi

Ukrayna müharibəni bitirmək üçün Rusiyaya güzəştə getməyə və hər hansı ərazidən imtina etməyə hazır deyil. 

“AzPolitika” xəbər verir ki, “Reuters”-in yazdığına görə, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Donald Trampın müharibəni tez bir zamanda bitirə biləcəyi barədə bəyanatını jurnalistlərə şərh edərkən deyib.

O, Kiyevin “ədalətli sülhə” necə nail olunması ilə bağlı istənilən təklifə qulaq asmağa hazır olduğunu deyib: “Lakin biz çox mühüm dəyərlər - müstəqillik, azadlıq, demokratiya, ərazi bütövlüyü, suverenlik kimi şeyləri güzəştə getməyə hazır deyilik”.

Ukraynanın Trampın müharibəni bitirmək təklifini necə qiymətləndirdiyini soruşduqda, Yermak belə cavab verdi: “Dürüst cavab verim: Bilmirəm, baxarıq...”.

Xatırladaq ki, Tramp ötən həftə keçirilən debatda prezident olacağı təqdirdə Ukraynadakı müharibəni tez bir zamanda bitirəcəyini deyib. Lakin o, bunu necə edəcəyi ilə bağlı təfərrüatları açıqlamayıb. Debat zamanı Tramp Putinin müharibəni bitirmək üçün səsləndirdiyi ultimatum və kapitulyasiya xarakterli şərtləri qəbul etmədiyini də deyib.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
azpolitika.info

1Источники