Bakı. Trend:
Türkiyənin Antalya əyalətində rus və belarus turistləri daşıyanavtobus qəzaya uğrayıb.
Trend xəbərverir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, rus və belarus turistləri hotellərdən AntalyaHava Limanına aparmaq üçün səhər saatlarında yola çıxan avtobusbeton dirəyə çırpılıb.
Hadisə nəticəsində çox sayda turist xəsarət alıb. Yaralılaryaxınlıqdakı xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırma başladılıb.