RU

Emmanuel Makron və Benyamin Netanyahu İsrail-Livan sərhədində yaşanan gərginliyi müzakirə ediblər

Fransa prezidenti Emmanuel Makron və İsrailin Baş naziri Benyamin Netanyahu İsrail və Livan arasında "Mavi xətt" adlanan sərhəd xəttindəki gərginliyi müzakirə ediblər.
Bu barədə Fransanın İsraildəki səfirliyinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda bildirilib.
Emmanuel Makron söhbət zamanı İsrail və Hizbullah arasında ''Mavi xətt''də yaşanan gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib.
Bölgədə Livan və İsrailin maraqlarına zidd olan gərginliyin artmasının qarşısının alınmasının vacibliyinə diqqət çəkən Emmanuel Makron belə vəziyyətin regional sabitlik üçün təhlükəli olacağını qeyd edib.
Bütün tərəflərin diplomatik həllə doğru sürətlə irəliləməsinin vacibliyini vurğulayan Emmanuel Makron maksimum təmkinli olmağın faydalı olacağını qeyd edib.
Fransanın diplomatik həll məsələsində işləməyə hazır olduğunu bildirən Emmanuel Makron İsrailin Rəfah və Xan Yunisdə yeni “əməliyyat”ına qarşı olduğunu vurğulayıb.
Emmanuel Makron həmçinin humanitar yardımların insanların ehtiyaclarına uyğun olaraq bölgəyə çatdırılması üçün Qəzzada dərhal və daimi atəşkəsin təmin edilməsi və sərhəd-buraxılış  məntəqələrindəki bütün maneələrin aradan qaldırılmasının böyük əhəmiyyət kəsb etdiyini deyib.
Fransa prezidenti bölgədə yaşanan böhrandan çıxmaq üçün iki dövlətli həllə zəmin yaradacaq siyasi çərçivənin vacibliyinə diqqət çəkib.
Fransa lideri işğal altındakı İordan çayının qərb sahilində 5 qeyri-qanuni yaşayış məntəqəsinin leqallaşdırılması ilə bağlı verilən açıqlamaların iki dövlətli həll və sülh səylərinə xələl gətirdiyini bildirib.
Qeyd edək ki, tərəflər söhbət zamanı İranın nüvə proqramını da müzakirə ediblər. 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
trt.net.tr

1Источники