RU

İlahi müdaxilə... - İTV şərhçisinin sözləri Türkiyədə gündəm oldu / VİDEO 

İctimai Televiziyanın şərhçisi Tural Dadaşovun Türkiyə-Avstriya matçının 90+4-cü dəqiqəsində yaşananları "İlahi müdaxilə" adlandırması Türkiyədə böyük maraqla qarşılanıb.


Rerferans.az xəbər verir ki, Türkiyə mətbuatı T.Dadaşovun bu ifadəsini "Azərbaycanlı spikerdən Mert Günok yorumu: "İlahi Müdahale" , "Azerbaycanlı spikerden Mert Günok kurtarış yorumu" və s. başlıqları ilə təqdim ediblər. Bu ifadə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.


Qeyd edək ki, Avstriya ilə matçının 90+4-cü dəqiqəsində Türkiyə yığmasının qapıçısı Mert Günok kritik qurtarış edib.
Həmin görüntüləri təqdim edirik:  



Избранный
23
1
referans.az

2Источники