RU

Lavrovla Belarusun yeni XİN rəhbərinin ilk görüşü baş tutdu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun yeni xarici işlər naziri Maksim Rıjenkovla görüşüb.Elchi.az xəbər verir ki, görüş Qazaxıstanın Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti ərəfəsində baş verib.Məlumata görə, hər iki ölkənin nazirləri mediaya protokol bəyanatlarından vaz keçib və dərhal iş məsələlərini müzakirə etməyə başlayıblar.Şəxsi görüşdən bir qədər əvvəl Lavrov və Rıjenkovun telefon danışığı da olub, söhbət zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, ittifaq inteqrasiyası və aktual beynəlxalq problemlər müzakirə olunub.Qeyd edək ki, Rıjenkov əvvəllər Belarus prezidenti administrasiyası rəhbərinin birinci müavini vəzifəsində çalışıb. O, iyunun 27-də Belarusun xarici siyasət departamentinin rəhbəri təyin edilib və bu münasibətlə Lavrov da söhbət zamanı onu təbrik edib.YeganəMənbə: Vesti.ru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
elchi.az

1Источники