RU

Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin Azərbaycana səfər günü məlum olub

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar iyulun 4-ü Bakıya səfər edəcək.Missiya.Az xəbər verir ki, bu barədə "Report"a ŞKTC-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.Qeyd edək ki, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə qeyri-rəsmi sammit keçiriləcək.Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
21
missiya.az

10Источники