RU

Hindistanda ibadət zamanı 121 nəfər ölüb

Hindistanın Uttar Pradeş əyalətində keçirilən ibadət zamanı izdiham nəticəsində 121 nəfər ölüb.

E-huquq.az Hindistanın yerli mətbuatına istinadən xəbər verir ki, əyalətin Hathras bölgəsindəki Sikandara Rau şəhərində keçirilən "satsanq" adlı kütləvi ibadət zamanı izdiham yaşanıb.

İzdihamda aralarında uşaqların da olduğu 121 nəfər ölüb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hindistanın baş naziri Narendra Modi izdihamda həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
e-huquq.az

1Источники