RU

Putin Əliyevlə nələri MÜZAKİRƏ EDƏCƏK? – Astana görüşünün GÜNDƏLİYİ + FOTOLAR

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacağı gözlənilir. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib. Onun sözlərinə görə, liderlərin görüşü iyulun 3-də Astanada Şanxay Əməkdaşlığı Təşkilatının Sammiti çərçivəsində protokol tədbirlərinin başlamasından bir gün əvvəl keçiriləcək.

Maraqlıdır, Ruaiya və Azərbaycan liderləri nədən danışacaq, hansı mövzuları müzakirə edəcəklər?

Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Aqşin Kərimov Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşməsinə diqqət çəkib.

Bildirib ki, bu məntiqlə liderlərin müzakirə portfellərindəki gündəlik qlobal geosiyasət mənzərəsində Şanxay Əməkdaşlıq Təşkilatının artan strateji əhəmiyyəti barədə məqamlara işıq tutacaq: “Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə daha geniş regional təhlükəsizlik problemlərini müzakirə etmək üçün Çin və Rusiya tərəfindən yaradılıb, illər keçdikcə onun təsir dairəsi genişlənib. Bu səbəbdən Şanxay Əməkdaşlıq Təşkilatı Asiyada geostrateji güc dinamikasını vurğulayan təşkilatdır. Onun strateji şaxələnməsi əsasən Rusiya və Çinin müştərək maraqları daxilindədir. Azərbaycan Təşkilatda “Dialoq üzrə tərəfdaş” ölkə qismində təmsil olunur. Azərbaycan da maraqlıdır ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələr güclənsin, yeni əməkdaşlıq modelləri təşviq edilsin və bu məqsədlər beynəlxalq münasibətləri təhlükəsiz şəkildə yenidən formalaşdırsın. Azərbaycan mövcud geosiyasi şəraitdə və böyük dövlətlər arasında gərginliyin artdığı situasiyada Şanxay Əməkdaşlıq Təşkilatının güc dinamikasındakı yerini alternativ kimi qiymətləndirə bilər. Ona görə də, Əliyevlə Putinin müzakirə masasında “Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına təklifləri və təşkilatın Azərbaycandan gözləntiləri” mövzusu aktuallıq təşkil edə bilər”.

Siyasi şərhçi deyib ki, liderlər ikitərəfli əlaqələri yenidən nəzərdən keçirmək, onun perspektivlərinin regional nizama təsirlərini ölçmək barədə də fikir mübadilələri aparacaqlar: “Azərbaycanla Rusiyanın münasibətləri siyasi, iqtisadi əlaqələrdən də kənara çıxır. İki ölkə regional təhlükəsizlik dinamikasında bir-birilərinin maraqlarını nəzərə alır. Bu amil Cənubi Qafqaz trayektoriyasında Rusiya ilə Azərbaycanın strateji maraqlarının kontekstinə yeni baxışı şərtləndirir. Əliyevlə Putin həmin ştrixləri diqqətdə saxlayaraq onların irəliyə aparılması məsələlərini müzakirə edəcəklər. Bu, Əliyevlə Putinin ənənəvi əlaqələr sistemindən kənara çıxaraq əməkdaşlığın daha geniş aspektlərini əhatə edən hərtərəfli strategiya hazırlamaq planlarından xəbər verir. Bu strategiya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin çərçivələrini də əhatə edir. Yəni, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilə biləcək görüş Azərbaycanla Rusiyanın əməkdaşlığının dərinləşdirilməsinin nümayişi kimi şərh oluna bilər”.

Kamilə ORUCOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
medianews.az

1Источники