RU

Polşa və Almaniya müdafiə sahəsində əməkdaşlıq edəcəklər

Polşa

Bakı, 3 iyul, AZƏRTAC

Polşa və Almaniya Avropa İttifaqının xarici sərhədlərinin qorunmasını gücləndirmək və hava hücumundan müdafiəsini inkişaf etdirmək üçün əməkdaşlıq edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk Almaniya kansleri Olaf Şolts ilə birgə keçirdiyi mətbuat konfransında açıqlama verib.

Bildirilib ki, Polşa Baş naziri və AFR kanslerinin görüşü 2018-ci ildən bəri ilk hökumətlərarası məsləhətləşmədir.

Tusk vurğulayıb ki, Baltikyanı ölkələrlə əməkdaşlıq sahəsində həyata keçirilən “Şərq Qalxanı” layihəsi Avropa sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün nəzərdə tutulmuş infrastrukturdur. O, sərhəddin effektiv şəkildə qorunmasına Almaniyanın da maraq göstərdiyini söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
2
azertag.az

3Источники