RU

YAP-ın parlament seçkiləri ilə bağlı iclası keçirilir

Yeni Azərbaycan Partiyasının İdarə Heyəti növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilir. 
 
İclasın gündəliyinə bir necə məsələ daxil edilib. 
 
İki gün öncə Yeni Azərbaycan Partiyasının sədri Tahir Budaqov deyib ki, yaxın günlərdə Yeni Azərbaycan Partiyası deputatlığa namizədlərinin siyahısını təqdim edəcək. 
 
Azərbaycanda növbədənkənar parlament seçkiləri Prezidentin sərəncamı ilə sentyabrın 1-nə təyin edilib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Bundan əvvəl Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
anews.az

1Источники