RU

Avropa İttifaqında minimum əməkhaqqı ilə yaşamaq olar?

Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) ölkələrində minimum əməkhaqqı ilə işləyənlərin paytaxtlarda və digər böyük şəhərlərdə yaşaması demək olar ki, qeyri-mümkün olub. Xüsusilə də ev kirayələri ilə bağlı bir neçə detala aydınlıq gətirmək faydalı olardı.

Hafta.az-ın yazdığına görə, Avropa paytaxtlarının mərkəzlərində minimum əməkhaqqı və ya bir qədər yuxarı maaş alanların bahalı kirayə haqqını ödəməsi onsuz da mümkün deyil. Özü də söhbət əksəriyyəti əşyalı, 40-50 kvadratmetr ölçülü 2 otaqlı və 15 kvadratmetr ölçülü 1 otaq və ya studiolardan gedir. Daha iri çoxotaqlı mənzillər isə çoxlarına əlçatan deyil.

Aİ ölkələrində 1 və 2 otaqlı sadə mənzillərin aylıq kirayəsi aşağıdakı kimidir:

Lüksemburqda xalis minimum əməkhaqqı 2040 avro, paytaxt Lüksemburqda ən ucuz 2 otaqlı mənzil kirayəsi isə 1100 avrodur. Lüksemburqda işçilərin 14 faizi minimum əməkhaqqı alır.

İrlandiyada xalis minimum əməkhaqqı 1980 avro, paytaxt Dublində ən ucuz 1-2 otaqlı mənzilin kirayəsi 1050 avrodur. İrlandiyada işçilərin 5,6 faizi minimum əməkhaqqı alır.

Almaniyada xalis minimum əməkhaqqı 1776 avro, paytaxt Berlində ən ucuz 1-2 otaqlı mənzilin kirayəsi 1300 avrodur. Almaniyada işçilərin 6,4 faizi minimum əməkhaqqı alır.

Niderlandda xalis minimum əməkhaqqı 1830 avro, paytaxt Amsterdamda ən ucuz 2 otaqlı mənzilin kirayəsi 1250 avrodur. Bu ölkədə işçilərin 6 faizi minimum əməkhaqqı alır.

Belçikada xalis minimum əməkhaqqı 1736 avro, paytaxt Brüsseldə ən ucuz studiya kirayəsi 1000 avrodur. Belçikada işçilərin 50 faizi minimum əməkhaqqı alır.

Fransada xalis minimum əməkhaqqı 1398 avro, paytaxt Parisdə ən ucuz 2 otaqlı mənzil və ya studiya kirayəsi 1599 avrodur. Fransada işçilərin 17,3 faizi minimum əməkhaqqı alır.

İspaniyada xalis minimum əməkhaqqı 1134 avro, paytaxt Madriddə ən ucuz 2 otaqlı mənzil və ya studiya kirayəsi 850 avrodur. İspaniyada işçilərin 13,7 faizi minimum əməkhaqqı alır.

Sloveniyada xalis minimum əməkhaqqı 902 avro, paytaxt Lyublianada ən ucuz 2 otaqlı mənzilin kirayəsi 550 avrodur. Sloveniyada işçilərin 11 faizi minimum əməkhaqqı alır.

Portuqaliyada xalis minimum əməkhaqqı 820 avro, paytaxt Lissabonda ən ucuz 2 otaqlı mənzilin kirayəsi 450 avrodur. Portuqaliyada işçilərin 20,8 faizi minimum əməkhaqqı alır.

Yunanıstanda xalis minimum əməkhaqqı 706 avro, paytaxt Afinada ən ucuz 2 otaqlı mənzilin kirayəsi 380 avrodur. Yunanıstanda işçilərin 29 faizi minimum əməkhaqqı alır.

Polşada xalis minimum əməkhaqqı 3261 zloti və ya 763 avro, paytaxt Varşavada ən ucuz 2 otaqlı mənzilin kirayəsi 375 avrodur. Polşada işçilərin dörddə biri minimum əməkhaqqı alır.

Estoniyada xalis minimum əməkhaqqı 730 avro, paytaxt Tallinndə ən ucuz 1 otaqlı mənzilin kirayəsi 200 avrodur. Estoniyada işçilərin 4 faizi minimum əməkhaqqı alır.

Litvada xalis minimum əməkhaqqı 709 avro, paytaxt Vilnüsdə ən ucuz 1-2 otaqlı mənzilin kirayəsi 320 avrodur. Litvada işçilərin 3 faizi minimum əməkhaqqı alır.

Xorvatiyada xalis minimum əməkhaqqı 677 avro, paytaxt Zaqrebdə ən ucuz 1-2 otaqlı mənzilin kirayəsi 300 avrodur. Xorvatiyada işçilərin 2,7 faizi minimum əməkhaqqı alır.

Çexiyada xalis minimum əməkhaqqı 16443 Korun və ya 664 avro, paytaxt Praqada ən ucuz 1 otaqlı mənzilin kirayəsi 10 min kron və ya 404 avrodur. Çexiyada işçilərin 3,2 faizi minimum əməkhaqqı alır.

Slovakiyada xalis minimum əməkhaqqı 615 avro, paytaxt Bratislavada ən ucuz 1 otaqlı mənzil 350 avrodur. Slovakiyada işçilərin 4 faizi minimum əməkhaqqı alır.

Latviyada xalis minimum əməkhaqqı 590 avro, paytaxt Riqada ən ucuz 1 otaqlı mənzil 220 avrodur. Latviyada işçilərin 15 faizi minimum əməkhaqqı alır.

Macarıstanda xalis minimum əməkhaqqı 458 avro, paytaxt Budapeştdə ən ucuz 1 otaqlı mənzilin kirayəsi 190 avrodur. Macarıstanda işçilərin 20 faizi minimum əməkhaqqı alır.

Rumıniyada xalis minimum əməkhaqqı 415 avro, paytaxt Buxarestdə ən ucuz 1 otaqlı mənzilin kirayəsi 175 avrodur. Rumıniyada işçilərin 28 faizi minimum əməkhaqqı alır.

Bolqarıstanda xalis minimum əməkhaqqı 371 avro, Sofiyada ən ucuz 1 otaqlı mənzilin kirayəsi 175 avrodur. Bolqarıstanda işçilərin 27 faizi minimum əməkhaqqı alır.

Avropa İttifaqına üzv olan İsveç, Danimarka, Finlandiya, İtaliya və Avstriyada minimum əməkhaqqı tətbiqi yoxdur. Bu ölkələrdə bütün işçilərin maaşları kollektiv müqavilələrlə müəyyən edilir.

Bu arada, Aİ-yə üzv olmağa çalışan Türkiyədə minimum əməkhaqqı 17 min lirə, yəni 485 avrodur. Türkiyədə 2023-cü il rəqəmlərinə görə, işçilərin 38 faizi minimum əməkhaqqı alır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
hafta.az

1Источники