RU

Vəziyyət getdikcə PİSLƏŞİR: Kişi əlindəki bıçaqla restoranda ərəb müştəriləri HƏDƏLƏDİ - VİDEO

Vəziyyət getdikcə PİSLƏŞİR: Kişi əlindəki bıçaqla restoranda ərəb müştəriləri HƏDƏLƏDİ - VİDEO

Xəbər verdiyimiz kimi, Türkiyədə 5 yaşlı uşağı cinsi istismar edən Suriya vətəndaşı məhkəmənin qərarı ilə həbs edilib. Zorakılıq hadisəsi və Suriyada yaranan problemlər vəziyyəti bir qədər qəlizləşdirib. Artıq Türiyənin bir çox şəhərlərində xarici ölkə vətəndaşlarına qarşı qərəzli münasibət yaranıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, baş verən son hadisələrdən sonra Antalya və Qaziantep də daxil olmaqla bir çox vilayətdə ardıcıl nümayişlər zamanı suriyalılara məxsus şirkətlər və iş yerləri yandırılıb. Son insident isə İstanbulda bir restoranda baş verib.

Ərəb müştərilərin yemək yediyi masaya bir nəfər bıçaqla yaxınlaşaraq hədə-qorxu gəlib. Belə ki, o, "Bura mənim ölkəmdir, mən türkəm. Kim olduğunuz vecimə deyil" ifadələrini işlədərək müştəriləri təhdid edib. Gərginliyin artdığı o anlar masa arxasında əyləşən vətəndaş tərəfindən mobil telefonla lentə alınıb.

Görüntülərin ardından İstanbul Təhlükəsizlik Müdirliyi qrupları şübhəlinin müəyyən edilərək tutulması üçün işlərə başlayıb. Kadrlarda görünən vətəndaşın şəxsiyyəti müəyyən edilib və polis əməkdaşları tərəfindən saxlanılıb.

Həmin kadrları təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
sonxeber.az

1Источники