RU

Putin Astanadadır

Rusiya Prezidenti ŞƏT üzvü olan Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək
Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Astanaya səfər edib. AYNA xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
“ŞƏT sammiti iyulun 3-dən 4-dək davam edəcək. Sammitdə ölkə liderləri təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi və onun fəaliyyətinin təkmilləşdirilməsinin vəziyyəti və perspektivlərini müzakirə edəcəklər”, - Kremldən bildirilib.
Görüşün yekununda Astana Bəyannaməsi də daxil olmaqla bir sıra birgə sənədlər imzalanacaq.
Bundan əlavə, Qazaxıstanda təşkilatın müşahidəçi və tərəfdaşı olan dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və Qazaxıstanın sədrliyi ilə ŞƏT+-nın görüşü keçiriləcək.
Astanada Putin həmçinin zirvə toplantısında iştirak edən dövlət başçıları ilə bir sıra mühüm ikitərəfli danışıqları planlaşdırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
ayna.az

1Источники