RU

Çin Rusiya üçün hücum dronları hazırlayır-

Bu fikirlər Bloomberg-də dərc olunan məqalədəndir. Nəşr istehsal prosesindən xəbərdar olan və adları açıqlanmayan avropalı rəsmilərə istinad edib.

Ukrayna müharibəsi: Yardımlar gecikir, əhali azalır, texnologiya isə dəyişir
Mənbələr qeyd ediblər ki, Qərbdə əvvəllər də bununla bağlı xəbərdarlıqlar edilmişdi.

Adının açıqlanmasını istəməyən rəsmilərdən biri deyib ki, keçən il şirkətlər yeni "Şahed"lərin istehsalı üzrə əməkdaşlığı razılaşdırıblar. Bu il isə hərbi məhsulların Rusiyaya çatdırılması üçün hazırlıq və sınaq proseslərinə başlayıblar. Qeyd edilir ki, Çin pilotsuz təyyarələri Ukraynada hələ ki, istifadə edilməyib: "Bəzi ölkə rəhbərləri belə hesab edirlər ki, Rusiyaya hücum məqsədləri üçün yeni PUA-ların verilməsi yardım sərhədlərinin aşılması olacaq".

Məqalədə o da vurğulanıb ki, Rusiya kritik həddə olan vacib hərbi məhsulların detal və komponentlərinin tədarükündə Çinə arxalanır. Rəsmilər hazırda əsas narahatlıq doğuran məqamın Çinin "Şahed"ə bənzər pilotsuz təyyarələri İran və Rusiyadan da çox, daha sürətli istehsal edə bilməsi olduğunu vurğulayıblar.

Tural Tağıyev
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
azvision.az

1Источники