RU

İran Qazaxıstana suya qənaət etməyə kömək edəcək

İran tərəfi Qazaxıstana onun nəqli və əkin sahələrinin suvarılması zamanı su itkisini azaltmaq üçün öz texnologiyalarını təklif edib. Bu layihəni Qazaxıstan Respublikasının Su Ehtiyatları Naziri Nurjan Nurjigitov və İranın Qazaxıstandakı səfiri Əli Əkbər Coukar müzakirə ediblər.

Nazirliyin məlumatına görə İran şirkətləri, Qazaxıstanı qrunt sularından istifadə edən müasir suvarma sistemləri, eləcə də birbaşa bitkilərin köklərini nəmlə təmin edən avtomatik damcı suvarma sistemləri ilə təmin etməyə hazırdır.

Bu texnologiyalar sayəsində İran düyü becərilməsi üçün su sərfini əhəmiyyətli dərəcədə azalda bilib. Eyni zamanda məhsuldarlıq da artdı.

“Biz su anbarlarının və digər su təsərrüfatı strukturlarının tikintisi və yenidən qurulması üzrə genişmiqyaslı işlərə başlamışıq. İran şirkətlərinin bu sahədə zəngin təcrübəsi var və biz onları mənimsəyəcəyik. Hazırda Cambil və Türküstan rayonlarında suvarma şəbəkələri yenidən qurulur... Mən İrandan olan iş adamlarını su infrastrukturunun tikintisi və təmiri üzrə müsabiqələrdə iştirak etmək üçün ölkəmizə dəvət etmək istərdim”, deyə nazir Nurjigitov bildirib.

Qazaxıstanın suyu ABŞ-dan azdır, lakin İsraildən və dünyanın bir çox başqa ölkələrindən çoxdur. İsrail suya qənaəti maksimum dərəcədə artıran damcı suvarma sistemini tətbiq etməklə rütubət çatışmazlığını uğurla aradan qaldırdı.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
hurriyyet.az

1Источники