ABŞ prezidenti Co Bayden iyulun sonunda Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.
Məlumata görə, İsrail Baş naziri iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında yenidən çıxış edəcək.
Netanyahunun bu dövrdə Vaşinqtona səfəri zamanı iki ölkə liderləri arasında görüş gözlənilir.
Qeyd edək ki, Netanyahu 1996, 2011 və 2015-ci illərdə ABŞ qanunvericilərinə müraciət edib.
Gözəl Həşimova