RU

YAP-ın bu gün keçiriləcək iclasının gündəliyi məlum olub

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçiriləcək iclasının gündəliyi məlum olub.

APA xəbər verir ki, iclasın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi;

2.Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi;

3.Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maloyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması;

4.Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
27
apa.az

10Источники