RU

Rusiya ərazisinə “hücum icazələri“ genişlənir

"Mayın sonunda ABŞ Ukraynaya Amerika silahları ilə Rusiya ərazisinə hücumlar etməyə icazə verdi. Halbuki söhbət ancaq məhdud ərazidən gedir. Bu, ABŞ üçün çoxdan qırmızı xətt sayılırdı. Bununla belə, Ukrayna bir neçə gün sonra bunun kifayət etmədiyini bildirib".

News365.azxəbər verir ki, bu barədə “Defence News” yazıb.

Qeyd edilir ki, hətta prezident Vladimir Zelenski ABŞ müdafiə naziri Lloyd Ostin ilə görüşdən sonra Sinqapurda keçirdiyi mətbuat konfransında “Bu kifayətdirmi? Xeyr!" demişdi.

Məqalədə o da vurğulanıb ki, gərginlikdən qaçmağa çalışan Bayden administrasiyası bəzi silahların çatdırılmasını gecikdirdi. Ancaq sonradan öz kursunu dəyişdi. ABŞ-nin siyasətindəki daimi dəyişiklik Kiyevi çox vaxt narazı salır: "Belə vəziyyətlə bağlı ən son və ən bariz nümunə Rusiya Federasiyası ərazisinə olan zərbələrlə bağlı tədbirlərdir. Ağ Evin bu hücumlara görə Ukraynaya verdiyi məhdud səlahiyyətlər artıq genişləndirilir. Və belə davam edərsə, analitiklərin fikrincə, bu qərarlar Kremllə mübarizəyə real təsir göstərə bilər".

Müharibə Araşdırmaları İnstitutunun analitiki Corc Barros da qeyd edib ki, bu amil həqiqətən də müharibəni dəyişə bilər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
news365.az

1Источники