RU

Avstriyanın baş məşqçisi Mert Günoku əfsanəvi qapıçıya bənzətdi

Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Avropa çempionatının 1/8 finalında Türkiyədən məğlubiyyəti (1:2) şərh edib.

Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti Ranqnikin dediklərini belə təqdim edib:

“Sadəcə, bəxtimiz gətirmədi. Düşünürəm ki, oyun əlavə vaxta getsəydi, qalib gələcəkdik. Hesabı bərabərləşdirməyə imkanımız oldu, lakin "Qordon Benks" qapıda dayanıbsa, çətin olur. Bu gün evə gedəcəyimizə inana bilmirəm. Biz səyahətimizə davam edəcəyimizi düşünürdük”.
 
Qeyd edək ki, matçın son dəqiqələrində Türkiyə millisinin qapıçısı Mert Günok möhtəşəm seyvlə komandasını yüzfaizli qoldan xilas etdiyi üçün Ranqnik onu İngiltərə millisinin əfsanəvi qapıçısı Qordon Benkslə müqayisə edib.

Mirağa 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
fanat.az

1Источники